Logo

Gələcəyin Kənd Təsərrüfatını Bu Gün Bizimlə Qur

Bizim gücümüz – dəqiq analiz, innovativ həllər və sahəyə fərdi yanaşmadır.
AGRIMAN olaraq biz texnologiyanı, təcrübəni və aqronom biliyi birləşdirərək hər layihədə maksimum nəticə hədəfləyirik. Bu, sadəcə xidmət deyil – bu, strateji tərəfdaşlıqdır.

About Us

_________

Biz Kimik

Agriman Consulting – bu günün və gələcəyin kənd təsərrüfatı üçün elmi əsaslı, mühəndislik yönümlü və nəticəyə fokuslanmış yanaşma təqdim edən ixtisaslaşmış şirkətdir. 2016-cı ildən etibarən biz fermerlərə, sahibkarlara və aqrar şirkətlərə texnologiya və dəqiq analizlər əsasında qurulmuş sistemli həllər təqdim edirik. Təsərrüfatlar inkişaf etməlidir – və biz bu inkişafın arxasında dayanan tərəfdaşıq.

About Us

_________

Biz Nə Edirik

Biz aqrar sahədə tam həcmli xidmətlər göstəririk:

  • Torpaq, su, yarpaq və gübrə analizləri – beynəlxalq standartlara uyğun, izahlı və tövsiyəli nəticələr.

  • Konsaltinq xidməti – məhsul seçimi, gübrələmə və suvarma proqramları, xəstəliklərə qarşı mübarizə və becərmə texnologiyaları.

  • İrriqasiya/Suvarma sistemlərinin layihələndirilməsi və qurulması – damlama, torpaqaltı, pivot və sprinkler sistemləri.

  • Gübrə və sertifikatlı tinglərin tədarükü – sahənin real ehtiyaclarına uyğun seçilir.

  • Torpaq alqı-satqısında hüquqi və texniki dəstək – çıxarışlı torpaqlar, infrastruktur və gələcək layihələndirmə.

About Us

_________

Niyə Biz

Agriman fərqi — sistem yanaşmasındadır. Layihələrimiz fərdi həllər əsasında qurulur və sahənin potensialını maksimum dərəcədə üzə çıxarır. Komandamızda aqronomlar, mühəndislər, kimyaçılar, xəritəçilər və layihə rəhbərləri çalışır. 250-dən çox uğurlu layihə və artan beynəlxalq əməkdaşlıqlar Agriman Consulting-in bu sahədəki mövqeyini təsdiqləyir.

2025-ci il üçün Əkin planlaşdırması